Suryanın paytaxtında güclü partlayış oldu

Suryanın paytaxtında güclü partlayış oldu Hadisə

Suriyanın paytaxtı Dəməşqin cənubunda yerləşən Mezze rayonunda partlayış olub.

News24.az-ın məlumatına görə, olay yerindən güclü partlayış səsi eşidilib. Hadisənin səbəbi ilə bağlı araşdırmalar aparılır.

İlkin məlumatlara əsasən, partlayış nəticəsində insan tələfatı və ya ciddi əmlak ziyanı qeydə alınmayıb. Bildirilir ki, partlayışdan sonra ərazidə dağıntı müşahidə olunmayıb.