Tağı Əhmədovun dəfn yeri və saatı açıqlandı

Tağı Əhmədovun dəfn yeri və saatı açıqlandı Hadisə

Ötən gün vəfat edən “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov Əhmədli qəbiristanlığnda dəfn ediləcək.

News24.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya mərhumun həyat yoldaşı Salatın Əhmədova məlumat verib.

Dəfn mərasiminin bu gün saat 12:00-da keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, T.Əhmədov ötən gün uzunsürən xəstəlikdən vəfat edib.