Tanınmış teleaparıcının Metropolitenlə əməkdaşlığı niyə baş tutmadı?
Hadisə
Teleaparıcı Nərmin Salmanova “Bakı Metropoliteni” QSC ilə əməkdaşlıq haqqında yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.
News24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Nərmin Salmanovanın sözlərinə görə, tərəflər arasında əldə olunmuş ilkin razılaşma bəzi şərtlərin dəyişdirilməsi səbəbindən qüvvədən düşüb.
"Televiziyadakı fəaliyyətimdən ayrılmağım metropolitenin təklifi fonunda, bu sahədə özümü sınamaq istəyi ilə bağlı oldu. Metropolitenlə uzun danışıqlardan sonra yekun razılıq əldə etsək də, işə çıxıb əmək müqaviləsini imzalayacağım gün mənim üçün vacib olan bəzi şərtlər dəyişdirildi. Bu səbəbdən əməkdaşlıq baş tutmadı. Beləliklə, orada çalışdığım barədə yayılan məlumat düzgün deyil. Hazırda müəyyən fasilədən sonra peşəkar planlarımı dəyərləndirirəm", - deyə o qeyd edib.