Tanınmış aktyor beyin qanaması keçirdi - FOTO
Hadisə
68 yaşlı aktyor Naşit Özcan beyin qanaması keçirib.
News24.az xəbər verir ki, bu barədə aktyorun qohumları türk mətbuatına məlumat verib.
"Əziz dostlar, Naşit 5 gün əvvəl beyin qanaması keçirib. Hazırda Süleyman Yalçın Şəhər Xəstəxanasında reanimasiyadadır".
Qeyd edək ki, o Adile Naşitin qardaşı oğludur. Naşit Özcan "Yarğı" serialında baş prokuror Ərtoğrul obrazına həyat verib./Metbuat.az