Tanınmış aparıcı "Xəzər"dən - GETDİ
Hadisə
Tanınmış aparıcı Azər Teymurlu "Xəzər" TV ilə yollarını ayırıb.
News24.az xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında paylaşım edib.
"''Xəzər''TV-yə gələndə 12 il müddətində burada çalışacağım heç ağlıma gəlməzdi. Bəlkə də, bu vaxta qədər özümü televiziyadan ayrılmağa hazır hiss etmirdim. Amma düşündüm ki, indi tam zamanıdır. Uzun müddət işlədiyin yerdən, kollektivdən ayrılmaq haqqında qərar vermək çox çətin oldu. Amma karyeramda yeni səhifə açmağı istəyirdim. ''Xəzər TV'' mənim üçün bir məktəb oldu. Yetişərək bu səviyyəyə çatmağımda əməyi olan hər kəsə minnətdaram. Bunu heç zaman unutmaram. Bütün dostlarımı hər zaman böyük sevgi ilə xatırlayacam. Bundan sonra fəaliyyətimi media ilə sıx əməkdaşlıq tələb edən bir sahədə davam etdirəcəm. İşlədiyim illər ərzində bacardığımın ən yaxşısını ortaya qoydum. Bundan sonra da bu prinsip mənim üçün dəyişməz olaraq qalacaq. Nə yaxşı ki, yolum ''Xəzər TV'' kimi böyük məktəbdən keçdi".