Tanınmış jurnalisti 3 ilə qədər - HƏBS GÖZLƏYİR - FOTO
Hadisə
Türkiyə prokurorluğu tanınmış jurnalist İsmail Saymazın mühakimə olunduğu işə rəyini açıqlayıb.
News24.az Musavat.com-a istinadən xəbər verir ki, jurnalistin məhkəməsi “təhqir” və “terrorla mübarizədə iştirak etmiş dövlət məmurunu hədəfə almaq” ittihamları ilə davam etdirilib.
Məlumata görə, İstanbul 24-cü Ağır Cəza Məhkəməsində keçirilən prosesdə İsmayıl Saymaz və vəkilləri iştirak edib.
Prokuror Saymazın 1 ildən 3 ilə qədər cəzalandırılmasını istəyib. Məhkəmə müdafiənin hazırlanması üçün vaxt verərək iclası təxirə salıb.