Tanınmış qanuni oğrular həbsdən çıxdılar

Tanınmış qanuni oğrular həbsdən çıxdılar Hadisə

Umka (əsl adı Sergey Oleinik) və Laşa Svan (Laşa Dzhaçvliani) ləqəbli qanuni oğrular saxlanma müddəti başa çatdıqdan sonra istintaq təcridxanasından buraxılıblar. Onlar gecə saatlarında həbsdən buraxılıblar.

News24.az xəbər verir ki, “Detective.info” nəşri yazır ki, apellyasiya məhkəməsi Oleynik və Caçvlianinin işini birinci instansiya məhkəməsi kimi Dnepr şəhərinin Babuşkinski rayon məhkəməsinə qaytarmaq barədə qərar qəbul edib.

Vəkillər dərhal hakimə etiraz ediblər, iclas axşam saatlarına qədər davam etdi və sonda hakimin diskvalifikasiyadan imtinası ilə başa çatıb.

Qeyd edək ki, Umka və Laşa Svan cinayət toplantılarının təşkili və keçirilməsi (Ukrayna Cinayət Məcəlləsinin 255-2-ci maddəsinin 1-ci hissəsi) üzrə son 13 ayı Kiyev və Dneprdəki istintaq təcridxanalarında keçiriblər.

Nəzrin