Tanışı ilə dalaşıb, qulağını - DİŞLƏDİ

Tanışı ilə dalaşıb, qulağını - DİŞLƏDİ Hadisə

Sverdlovsk vilayətinin sakini tanışı ilə dava edib və onun qulağının bir hissəsini dişləyib.

News24.az xəbər verir ki, bu barədə “Veçerniy Krasnoturinsk” məlumat yayıb.

Zərərçəkmiş arvadının ad günündə evinə qonaq dəvət etsə də, gələnlərdən biri sərxoş olub və mənzil sahibi ilə mübahisə edib.

Müstəntiqlərin fikrincə, 26 yaşlı kişi şüşə butulka ilə qurbanın başına vurub, sonra isə rəqibinin qulağını dişləyib. Hücum edən şəxs sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunub.

“Zərərə görə kompensasiya olaraq, zərərçəkmiş müttəhimdən 2 milyon rubl(təxminən 37 min azn) tələb etdi. Qulağın bərpası 300 min rubla(5 min 500 azn) başa gələcək”, - məhkəmə qeyd edib.

Amma sonda zərərçəkmiş və təqsirləndirilən şəxs barışıb və cinayət işinə xitam verilib. 

Məryəm İlhamqızı