Tarixi kilsə satışa çıxarıldı

Tarixi kilsə satışa çıxarıldı Hadisə

Avstraliyanın Cənubi Avstraliya əyalətində tarixi kilsə və qəbiristanlığın yeri satışa çıxarılıb.

ABC News-un məlumatına görə, 1850-ci illərdə Viktor Harbor şəhəri yaxınlığında tikilmiş Bald Hills kilsəsi və qəbiristanlığı bölgədəki "yerli irs"lər sırasındadır.

News24.az xəbər verir ki, ərazinin sahibi kilsənin və qəbiristanlığın yerləşdiyi ərazini satışa çıxararaq yerli irs ərazisini idarə etmək üçün “doğru adam” axtardıqlarını bildirib.

Yalnız divarları olan tarixi kilsənin qiyməti 370 min ilə 400 min Avstraliya dolları arasında qiymətləndirilir.

Günel Məlikzadə