“Tarqovu”da hoteldə ölən şəxs diaspor rəhbəri imiş

“Tarqovu”da hoteldə ölən şəxs diaspor rəhbəri imiş Hadisə

Xəbər verdiyimiz kimi, Bakının mərkəzində yerləşən hotellərin birində meyit aşkarlanıb.

News24.az xəbər verir ki, ölən şəxs Rusiyanın Krasnodar vilayətinin diaspor rəhbəri, həmçinin, orada fəaliyyət göstərən Soçi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Cəmil Əliyevdir.

Diaspor sədri Dünya Azərbaycanlılarının II, III, IV, V Qurultaylarında iştirak edib. Krasnodar rəhbərliyi tərəfindən cəmiyyətin həyatında fəal iştirakına görə dövlət mükafatları ilə təltif olunub. Həmçinin 2022-ci ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalla təltif edilib.

Ailə üzvləri bildirib ki, mərhum Krasnodar Vəkillər Kollegiyasının üzvü kimi fəaliyyət göstərib:

“Son vaxtlar işlə bağlı tez-tez Azərbaycana səfər edirdi. Sonuncu səfəri zamanı isə Bakının “Tarqovu” ərazisindəki hotellərdən birində ürək çatışmazlığından vəfat edib”.

Xatırladaq ki, Rusiya vətəndaşı 1968-ci il təvəllüdlü Cəmil Paşa oğlu Əliyevin meyiti “Tarqovu” məhəllə adlanan ərazidə Tərlan Əliyarbəyov küçəsində yerləşən hoteldəki otaqda tapılıb. Onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo)