Təbrizdə tanınmış həkim döyülərək saxlanıldı - Foto

Təbrizdə tanınmış həkim döyülərək saxlanıldı - Foto Hadisə

Təbriz Tibb Elmləri Universitetinin müəllimi, ginekoloq Şəmsi Abbasəlizadə son etirazlar zamanı İran təhlükəsizlik qüvvələri tərəfindən döyülüb.

News24.az xəbər verir ki, o, hadisə zamanı beyin zədəsi alıb və daha sonra saxlanılaraq naməlum yerə aparılıb.

Hadisə ilə bağlı məlumatı güneyli vəkil və insan haqları fəalı Qasım Boodi “X” hesabında paylaşıb. Həkimin saxlanıldığı yer və hazırkı durumu ilə bağlı rəsmi məlumat verilməyib.

Qeyd edək ki, Abbasəlizadə daha öncə də 2022-ci il etirazları zamanı həbs olunmuşdu. O, təbrizli gənc qadın həkim Aylar Həqqinin öldürülməsinə etiraz edən tələbə iclaslarına qatıldıqdan sonra bütün təhsil və tibbi fəaliyyətlərdən kənarlaşdırılmışdı. /Azad İran

Təbrizdə tanınmış həkim döyülərək saxlanıldı - Foto