Təcili yardım maşını yolda qaldı
Hadisə
Cəlilabad-Yardımlı yolunun Cəlilabad rayonundan keçən hissəsində aramsız yağan qar səbəbindən nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.
News24.az Modern.az-a istinadən xəbər verir ki, xüsusən də rayonun Abadzallı kəndindən keçən hissədə yolun kəskin dolayında demək olar avtomobillərin hərəkəti dayanıb.
Bildirilib ki, çağırışdan qayıdan təcili yardım maşını da yolda qalıb.