Terror təşkilatına qarşı əməliyyat: 13 - NƏFƏR SAXLANILDI

Terror təşkilatına qarşı əməliyyat: 13 - NƏFƏR SAXLANILDI Hadisə

İstanbul İl Jandarm Komandanlığının Marksist Leninist Kommunist Partiyası (MLKP) terror təşkilatına qarşı keçirdiyi əməliyyatda 13 şübhəli saxlanılıb.

News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, onlar Suriyadakı terror təşkilatı düşərgələrində və MLKP-də silahlı hücum və təxribat təlimi alıblar. 

İstanbul Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində 4 şübhəlinin xaricdə olduğu müəyyən edilib.

Ünvanı tapılmayan şübhəli axtarışa verilib.

Şübhəlilərin evlərində aparılan axtarışlar zamanı 1 silah və 24 güllə, çoxlu sayda rəqəmsal material və təşkilati sənədlər ələ keçirilib.

Şübhəlilər barəsində məhkəmə prosesi davam edir.