Topu götürmək üçün 10 metrlik ağaca çıxdı, düşə bilmədi - Video

Topu götürmək üçün 10 metrlik ağaca çıxdı, düşə bilmədi - Video Hadisə

Ötən gün axşam saatlarında Nəsimi rayonu, 20 yanvar küçəsində vətəndaş topu götürmək üçün hündürlüyü təxminən 10 metr olan ağaca çıxıb və enə bilməyib. 

News24.az xəbər verir ki, hündürlükdən enə bilməyən şəxslə bağlı sakinlər Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər.

Əraziyə cəlb edilən xilasedicilər tərəfindən vətəndaş təhlükəsiz şəkildə hündürlükdən endirilib.

Həmin hadisənin görüntülərini təqdim edirik: (Qafqazinfo)