Tovuzda "06" YANDI - xəsarət alan var
Hadisə
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2106" markalı minik maşını idarəetmədən çıxaraq körpünün kənarında olan betona çırpılıb. Bundan sonra avtomobildə yanğın olub.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub, yanğın söndürülüb. Yanıq xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. /Apa