Tovuzda dəm qazından zəhərlənənlərin vəziyyəti açıqlandı
Hadisə
Bu gün saat 00:50 radələrində dəm qazı zəhərlənməsi şübhəsilə 4 nəfər (2-i kişi, 2-i qadın) Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə News24.az-a Tovuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, onlara dəm qazı zəhərlənməsi diaqnozu təyin edilib.
Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Tovuz rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
News24.az-ın məlumatına görə, hadisə rayon ərazisində baş verib.
Belə ki, 1955-ci il təvəllüdlü S. Həsənov, 1989-cu il təvəllüdlü E. Həsənov, 1960-cı il təvəllüdlü G. İbrahimova və A. Həsənova zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər. Zərərçəkənlərə dərhal tibbi yardım göstərilib, onların vəziyyətinin kafi olduğu bildirilir.(APA)