Tovuzda dəm qazından zəhərlənənlərin vəziyyəti məlum oldu

Tovuzda dəm qazından zəhərlənənlərin vəziyyəti məlum oldu Hadisə

"Dekabrın 16-da saat 10:50 radələrində dəm qazından zəhərlənmə şübhəsilə 4 nəfər (2-si kişi, 2-si qadın) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, onlara qazların toksiki təsiri diaqnozu təyin edilib.

"Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar".