Tovuzda iki avtomobil toqquşdu - Xəsarət alanlar var

Tovuzda iki avtomobil toqquşdu - Xəsarət alanlar var Hadisə

Tovuzda yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Əhmədabad kəndi yolunda qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır./APA