Tovuzda qəza: ölən və yaralananlar var
Hadisə
Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı 1 nəfər xəstəxanaya aparılarkən yolda ölüb, bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Ölən şəxs 2006-cı il təvəllüdlü N.Rəhimovdur. Xəsarət alanlar isə 2006-cı il təvəllüdlü Ə.Məmmədov və 2006-cı il təvəllüdü A.Xanmirzəyevdir.
Qeyd edək ki, hərəkətdə olan VAZ 2106 markalı minik avtomobilinin qarşısına mal qara çıxıb. Bu zaman minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarına aşıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. (APA)