Toya hazırlaşırdı, dələduzluq qurbanı oldu

Toya hazırlaşırdı, dələduzluq qurbanı oldu Hadisə

Şanlıurfada toy hazırlığı görən şəxs onlayn avtomobil dələduzluğuna məruz qalıb.

News24.az-ın xəbərinə görə, Türkiyənin Şanlıurfa rayonunda yaşayan 30 yaşlı şəxs toy üçün hazırlıq görərkən onlayn avtomobil elanı vasitəsilə böyük məbləğdə dələduzluqla üzləşib.

Belə ki, zərərçəkmiş internetdə satışa çıxarılan 1 milyon 420 min TL-yə (təxminən 55 min manat) avtomobil üçün satıcı ilə əlaqə saxlayıb və prosesi davam etdirmək üçün dostunun köməyindən istifadə edib. Ekspertiza yoxlamasından sonra sənədləşmə üçün notariusa gedilsə də, özünü mühasib kimi təqdim edən şəxs pulu başqa birinin bank hesabına köçürməyi tələb edib.

Pulu göndərdikdən sonra məlum olub ki, avtomobilin rəsmi sahibi həmin şəxsləri tanımır və beləliklə, dələduzluq ortaya çıxıb. Zərərçəkmiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

O bildirib ki, toy üçün yığdığı vəsaiti və əlavə olaraq borc götürdüyü qızılları da itirib və dələduzların tapılaraq cəzalandırılmasını tələb edib.