Toyda inanılmaz hadisə – qonaq rəqs edərkən…
Hadisə
Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yerləşən şadlıq saraylarından birində faciəvi hadisə baş verib.
News24.az "Report"a istinadla xəbər verir ki, 1955-ci il təvəllüdlü Yarəliyev Əliflan Nəzər oğlu toy mərasimi zamanı oynayarkən qəfildən halı pisləşib.
Yaxınları ona kömək göstərməyə çalışsalar da, Əliflan Yarəliyevin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.