Tualetdən piton çıxdı
Hadisə
Cənubi Asiya ölkəsi Taylandda bir müddət əvvəl şəxs tualetin içindən çıxan pitonun hücumuna məruz qalıb.
News24.az xəbər verir ki, ilanı əli ilə tutan Tanat Thangtewanon adlı ev sahibi onu tualet fırçası ilə öldürüb.
Qonşuları tərəfindən xəstəxanaya yerləşdirilən Tanatın səhhətinin yaxşı olduğu bildirilib.
Tualetdən çıxarılan 3,5 metrlik ilanın zəhərsiz piton növü olduğu müəyyən edilib.
Tanat ifadəsində ilanı öldürmək niyyətində olmadığını, ancaq dişləndiyi üçün qorxduğunu və tez bir zamanda xəstəxanaya getmək istədiyini bildirib. Səhhətinə gəlincə, Thanat qan analizlərinin təmiz olduğunu və dişləmə səbəbindən yalnız bədənində yara olduğunu da bildirib.
Günel Məlikzadə