Turistlər qar uçqununa düşdü - Ölənlər var

Turistlər qar uçqununa düşdü - Ölənlər var Hadisə

Rusiyanın Maqadan vilayətində 6 nəfərlik turist qrupu qar uçqununa düşüb. Uçqun nəticəsində 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.

Bildirilib ki, qrupdan bir turist xəsarət almayıb. Hazırda qrupun müəyyən olunmuş qaydada qeydiyyata alınıb-alınmadığı müəyyənləşdirilir.

Onları təxliyə etmək üçün helikopter göndərilib./Metbuat.az