Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
Hadisə
Türkiyə məhkəməsi Azərbaycan Milli Məclisinin keçmiş deputatı, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib.
News24.az xəbər verir ki, bunu o, sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, ötən gün İstanbul İdarə Məhkəməsi barəmdəki deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib.
“Bu gün isə Ankara İdarə Məhkəməsi üzərimə qoyulmuş G-82 kodunun götürülməsi ilə bağlı müraciətim əsasında İstanbul Valiliyinə sorğu göndərilib. Xatırladım ki, G-82 kodu mənim guya hansısa terror təşkilatına üzv olmağım şübhəsinə görə verilib”, - G.Hacıbəyli söyləyib.
Xatırladaq ki, G.Hacıbəyli 2025-ci il noyabrın 30-da Türkiyədə saxlanılıb. Mediada o və Milli Şuranın digər üzvü, AXCP sədri Əli Kərimlinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer aldığı barədə məlumatlar yer alıb.
Qeyd edək ki, "Ramiz Mehdiyev işi" çərçivəsində AXCP sədri Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev isə Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. (Yenisabah)