Türkiyədə polis maşını qadınları vurdu

Türkiyədə polis maşını qadınları vurdu Hadisə

Türkiyə - Şişlidə polis maşını səkidə dayanan iki qadını vurub.

News24.az xəbər verir ki, küçədə geri manevr edən polis əməkdaşı G.U avtomobilin idarəetməsini itirərək səkidə gedən iki qadını vurub.

Xəbər verildikdən sonra hadisə yerinə həkim briqadası göndərilib. Xəsarət alan iki nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Yaralılardan Ergül Kaya xəstəxanada həyatını itirib, digər yaralının vəziyyətinin ağır olduğu öyrənilib.

Polis əməkdaşı G.U. dindirilmək üçün polis bölməsinə aparılıb.

Günel Məlikzadə

Türkiyədə polis maşını qadınları vurdu