Türkiyədə toyda faciə - 11 nəfər güllə yarası aldı
Hadisə
Türkiyənin Denizli vilayətində toy mərasimi zamanı silahlı insident yaşanıb.
News24.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.
Məlumata görə, Denizlinin Çivril rayonunun Kıralan kəndində baş tutan toyda atəş açılması nəticəsində 11 nəfər xəsarət alıb.
Hadisə gəlinin evdən yola salınması zamanı baş verdiyi bildirilir.
Qeyd olunur ki, toy karvanında olan 15 yaşlı yeniyetmə ənənəyə uyğun olaraq ov tüfəngindən havaya atəş açmaq istəyib.
Bu zaman güllələr yaxınlıqda olan insanlara dəyib.
Yaralılar xəstəxanaya yerləşdirilib, yeniyetmə isə polis bölməsinə aparılıb.
Hadisənin təfərrüatları araşdırılır.