Türkiyədə yol qəzası olub, 11 nəfər yaralanıb
Hadisə
Türkiyənin Sivas şəhərində yol qəzası olub.
News24.az “Report”-a istinadən xəbər verir ki, hadisə Sivas-Kayseri yolunda qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 11 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Yaralıların həyatı üçün təhlükənin olmadığı bildirilir.
Qəzanın səbəbi hələ məlum deyil.