Türkiyənin itkin uşaqları
Hadisə
Diyarbakırın Bağlar rayonunda 8 yaşlı Narin Güranın itkin düşməsindən 7 gün keçib. Ancaq axtarış işləri bütün sürəti ilə davam edir.

News24.az haberglobal-a istinadən xəbər verir ki, bu hadisə illərdir itkin düşmüş vəxəbər alınmayan Dursun Kağan Taşçı və Evrim Atışı bir daha xatırladıb.


2015-ci ildə Reşadiye rayonunda yoxa çıxan Dursun Kağan Taşçı və 2018-ci ildə Turhal rayonunda itən Evrim Atışdan heç bir iz tapılmayıb.
Qeyd edək ki, 3 min 165 gündür Dursun Kağandan, 2 min 242 gündür Evrimdən xəbər yoxdur.
Günel Məlikzadə