Türkiyəyə işləməyə aparılan Elman İsayev yoxa çıxdı - Video

Türkiyəyə işləməyə aparılan Elman İsayev yoxa çıxdı - Video Hadisə

Gürcüstanın Bolnisi bələdiyyəsinin Kəpənəkçi kənd sakini, 47 yaşlı Elman İsayev artıq bir aya yaxındır ki, evdən çıxıb və geri qayıtmayıb.

News24.az xəbər verir ki, Elman İsayevin valideynləri bildirib ki, həmkəndliləri Nadir Mirzəliyevin oğullarını Türkiyəyə işləmək adı ilə aparıb. Onlar mayın 7-də Türkiyə sərhədini keçiblər. Nadir Mirzəliyev iki gün sonra geri qayıdıb. Lakin o gündən Elman İsayevdən heç bir xəbər yoxdur.

Valideynlər Nadir Mirzəliyevin övladları Elman İsayevə qarşı hansısa addımın atıldığından şübhələndiklərini və bununla bağlı polisə müraciət etdiklərini bildirirlər.

Onların sözlərinə görə, hüquq-mühafizə orqanları Elmanla Nadirin mayın 7-də birgə sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçdiklərini təsdiqləsələr də, məsələyə ciddi yanaşmırlar. /24news.ge/