Ucarda açıq ərazidə yanğın oldu
Hadisə
Ucarda 3 hektara yaxın sahədə quru ot, kol-kos və ağaclar yanıb.
News24.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Qarabörk kəndi ərazisində baş verib. Boş ərazidə başlayan yanğın ağaclıq əraziyə keçib. Nəticədə kol-kos, bir neçə ağac yanıb.
Hadisə yerinə FHN-nin Ucar rayon Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın söndürülüb və alovun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. (APA)