Ucarda beşotaqlı ev yandı – Fotolar

Ucarda beşotaqlı ev yandı – Fotolar Hadisə

Ucarda ev yanıb. Hadisə axşam saatlarında şəhər ərazisindəki fərdi yaşayış evində baş verib.

News24.az xəbər verir ki, vətəndaşa məxsus 5 otaqdan ibarət birmərtəbəli yaşayış evində başlayan yanğın qısa müddətdə şiddətlənərək evi bütöv əhatə edib. Hadisədən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar bölməsinin əməkdaşları cəlb edilib, alovun yaxınlıqda olan evlərə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.

Yanğın zamanı evdə olan məişət avadanlıqları və digər əşyalar, yanar konstruksiyalar yararsız hala düşüb.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. (Unikal)

Ucarda beşotaqlı ev yandı – Fotolar Ucarda beşotaqlı ev yandı – Fotolar Ucarda beşotaqlı ev yandı – Fotolar Ucarda beşotaqlı ev yandı – Fotolar Ucarda beşotaqlı ev yandı – Fotolar