Ucarda yanğın oldu, 11 kənd qazsız qaldı
Hadisə
Ucarda baş verən yanğın qazın təchizatında fasilə yaradıb.
News24.az xəbər verir ki, yanğın səbəbindən 11 kənddə qaz təchizatında fasilə yaranıb.
Ucar Xidmət Sahəsi üzrə rayonun Qaracallı, Alpi, Müsüslü, Qulabənd, Bağırlı, Türkəci, Çiyni, Ənvər Məmmədxanlı, Kiçəkənd, Pirkənd və Təzə Şilyan kəndlərini qazla təmin edən xəttin Qulabənd kəndi ərazisində qamışlıq sahədən keçən hissəsi naməlum səbəbdən baş vermiş yanğın zamanı zədələnib.
Bununla əlaqədar həmin qaz xətti üzrə təbii qazın verilişi dayandırılıb. Nəticədə 3049 abonentin qaz təminatında fasilə yaranıb.
Hazırda ərazidə təmir-bərpa işləri aparılır. (APA)