Ucarda yük maşını yandı

Ucarda yük maşını yandı Hadisə

Ucar rayonunda fəaliyyət göstərməyən beton zavodunun ərazisində “KamAZ” markalı avtokranın mühərrik hissəsi və yaxınlığında 10 m² sahədə quru ot yanıb.

News24.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.