Gəncədə 26 yaşlı piyadanı avtomobil vurdu
Hadisə
Gəncədə 26 yaşlı piyadanı avtomobil vurub.
News24.az xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Belə ki 2002-ci il təvəllüdlü R.Əsgərov yolu qarşı tərəfə keçmək istəyən zaman onu avtomobil vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. (Unikal)