"Unibank" fırıldaqçılıqda ittiham olunub - hesablardan pullar silinir

"Unibank" fırıldaqçılıqda ittiham olunub - hesablardan pullar silinir Hadisə

"Unibank"dan şikayətlər səngimir.
Ölkənin kommersiya bankı "Unibank"ın müştərilərinə qarşı etdiyi fırıldaqlar barədə məlumatlar yayılıb.
News24.az-a daxil olan şikayətdə qeyd olunub ki, müştərilərin hesablarından pul oğurlanıb. Haldun Novruzzadə adlı müştərinin sözlərinə görə, onun hesabından 349 manat silinib. Bankla əlaqə saxlamağa çalışsalar da, bu mümkün olmayıb.
"Unibank"dan isə cavab gecikməyib:
"Hörmətli müştərilər!
Bayram günlərində aparılan profilaktik işlərlə bağlı bəzi kartların balansında dəyişikliklər olub. Hazırda sistemdə texniki yenilənmələr gedir. Bank əməkdaşları məsələnin həlli ilə məşğuldurlar.
Narahatlığa heç bir əsas yoxdur. Ən qısa müddət ərzində kartların balansı bərpa ediləcək. Xahiş edirik narahat olmayasınız".

"Unibank" fırıldaqçılıqda ittiham olunub - hesablardan pullar silinir "Unibank" fırıldaqçılıqda ittiham olunub - hesablardan pullar silinir "Unibank" fırıldaqçılıqda ittiham olunub - hesablardan pullar silinir