Uşaq ikimərtəbəli evi yandırdı - FOTO

Uşaq ikimərtəbəli evi yandırdı - FOTO Hadisə

Çelyabinsk vilayətinin Şaxtı kəndində uşaq ikimərtəbəli evi yandırıb. 

News24.az xəbər verir ki, bu barədə ölkənin regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yanğınsöndürənlər gələnə qədər bina tamamilə yanıb. 

İlkin məlumata görə, yanğına səbəb doqquz yaşlı uşağın alışqanla oynaması olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Nəzrin