“VAZ-2107” motosikletlə toqquşdu, - 17 yaşlı sürücü xəsarət aldı

“VAZ-2107” motosikletlə toqquşdu, - 17 yaşlı sürücü xəsarət aldı Hadisə
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. 
News24.az xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil motosikletə çırpılıb. Nəticədə motosikletin sürücüsü - 17 yaşlı Həmzəyev Ramin Aydın oğlu xəsarət alıb. Xəstəxanaya aparılan Həmzəyevin vəziyyətinin orta-ağır olduğu bildirilir.  
Faktla bağlı araşdırma aparılır.