Velosipeddən yıxılaraq öldü - Faciə

Velosipeddən yıxılaraq öldü - Faciə Hadisə

43 yaşlı kişi velosiped sürərkən vəfat edib.

News24.az xəbər verir ki, hadisə Balakən rayonunun Mahamalar kəndində baş verib.

Kənd sakini 1982-ci il təvəllüdlü Hacıov Əli oğlu Dadayev idarə etdiyi velosipeddən yıxılaraq dünyasını dəyişib. Hadisə noyabrın 9-u saat 12 radələrində qeydə alınıb.

Faktla bağlı araşdırmalar Balakən Rayon Polis Şöbəsi tərəfindən davam etdirilir.

Yaşar Araz