Veysəl Rzayevin bıçaqlanma səbəbi məlum oldu- Yeniləndi
Hadisə
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
O, əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Bıçaqlanan şəxs “Kəpəz” futbol klubunun futbolçusudur. O, “Turan Tovuz” futbol kulubundan transfer edilib.
Faktla bağlı araşdırma aparılır.
“Kəpəz”in Mətbuat xidmətindən verilən açıqlamada futbolçunun vəziyyətinin ağır olduğu bildirilib: “Bəli, futbolçumuz Veysəl Rzayev bıçaqlanıb. Amma hadisənin səbəbi bəlli deyil. Hələ ki bu barədə məlumat yoxdur. Futbolçumuzun vəziyyəti ağırdır, amma həyati təhlükəsi yoxdur”.
DİN-in regional qrupundan bildirilib ki, faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. Əməli törədən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür. (Qafqazinfo.az)
"Kəpəz"in futbolçusu Veysel Rzayevin bıçaqlanma səbəbi məlum olub.
News24.az xəbər verir ki, hadisə səhər saatlarında Gəncə şəhərində - Müseyib Bağırov küçəsində baş verib.
O, iki nəfər arasında yaranan əlbəyaxa davanın şahidi olub.
Mübahisəyə müdaxilə edərək tərəfləri ayırmaq istəyən Veysəl Rzayev bu zaman bıçaq xəsarəti alıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Futbolçu Gəncədə 3 saylı xəstəxanada reanimasiya şöbəsindədir, ona ilkin tibbi yardım göstərilib.
Vəziyyətinin stabil olduğu bildirilir.((matc.az)
Fevralın 3-ü saat 05:10 radələrində 2002-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib.
Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin olunub.
Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.