Vüqar Qurbanov vəzifəsindən azad edildi - Yeniləndi
Hadisə
TƏBİB icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən çıxarılıb.
News24.az xəbər verir ki, sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub.
Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb. Qeyd edək ki, son aylarda TƏBİB-in fəaliyyəti, xüsusilə dövlət tibb müəssisələrində xidmət keyfiyyəti və pasiyent şikayətləri fonunda quruma qarşı ictimai narazılıqlar artmışdı.
Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.//bakupost
13:33
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib".
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.