Xaçmaz sakininin avtomobilində - NARKOTİK AŞKARLANDI

Xaçmaz sakininin avtomobilində - NARKOTİK AŞKARLANDI Hadisə
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncəli kənd sakini M.Manafov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 4 qrama yaxın, idarə etdiyi “Mercedes” markalı avtomobildən isə 449 qrama yaxın marixuana aşkar edilərək götürülüb.