Xaçmazda yeniyetmə bataqlığa düşdü -
Hadisə
Aprelin 18-i gecə saatlarında Xaçmazda 15 yaşlı Bağırov Elçin Elman oğlu bataqlığa düşüb.
News24.az Azərtac-a istinadən xəbər verir ki, hadisə Niyazabad kəndi ərazisində, dəniz sahilində yerləşən bataqlıqda baş verib.
Hadisə şahidlərinin dediyinə görə at belində mal-qara axtaran Niyazabad kənd sakini Elçin Bağırov bataqlığa yıxılıb.
Yeniyetmənin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.