Xalq artistinin səhhətində problem yarandı, əməliyyat olundu

Xalq artistinin səhhətində problem yarandı, əməliyyat olundu Hadisə

Azərbaycanın mədəniyyət və incəsənət xadimi, Xalq artisti Afaq Bəşirqızı əməliyyat olunub.

News24.az xəbər verir ki, "Sfera.az"ın əldə etdiyi məlumata görə, Xalq artistinin əməliyyatını tibb elmləri doktoru oftalmoloq-cərrah Tural Qəlbinur uğurla həyata keçirib.

Xalq artistinin macro-cərrahiyyə müdaxiləsi nəticəsində görmə funksiyasının bərpa olunduğu, hazırda vəziyyətinin stabil olduğu və həkim nəzarətində olduğu vurğulanır.