Xanım sahibkarın ölkədən çıxışına "stop" qoyuldu: 800 minlik borc

Xanım sahibkarın ölkədən çıxışına "stop" qoyuldu: 800 minlik borc Hadisə

Vergi borcu 800 min manata yaxınlaşan şirkət rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

News24.az xəbər verir ki, "Şəmkir" MTK-nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə 780 991 55 manat vergi borcu yaranıb.

İdarə tərəfindən şirkətin qanuni təmsilçisi İlhamə Nizam qızı Lətifova barəsində Gəncə Kommersiya Məhkəməsinə müraciət edilib.

Məhkəmənin qərarı ilə borc ödənilənədək İlhamə Lətifovanın ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb. (Qaynarinfo)