Xətaidə mağazadan 10 min manat oğurlandı

Xətaidə mağazadan 10 min manat oğurlandı Hadisə

Xətai rayonunda mağazalardan birindən 10 min manat pul vəsaiti oğurlanıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin mağazada çalışan əvvəllər məhkum olunmuş 32 yaşlı N. Qasımov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.