Xırdalanda 1 yaşlı körpə öldü

Xırdalanda 1 yaşlı körpə öldü Hadisə

Xırdalanda 1 yaşlı körpə ölüb.

News24.az xəbər verir ki, hadisə ötən gün Xırdalan şəhəri Abşeron Gənclər şəhərciyində qeydə alınıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, yanvarın 14-ü saat 07:50 radələrində Abşeron rayonu, Xırdalan şəhərindən təcili çağırış qeydə alınıb: “Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2025-ci il təvvəllüdlü körpənin (oğlan) həkiməqədər ölüm faktı qeydə alınıb”. (Qafqazinfo)