Xırdalanda keçmiş məhbusun meyiti tapıldı
Hadisə
Sentyabrın 3-ü saat 17 radələrində Abşeron rayonu Xırdalan şəhərində meyit tapılıb.
News24.az -ın əldə etdiyi məlumata görə, Yevlax rayon sakini əvvəllər (234-cü maddə - narkotik vasitələr) maddəsilə məhkum olunmuş 1972-ci il təvəllüdlü Elman Behbud oğlu Rəsulovun meyiti yaşadığı Xırdalan şəhərindəki evdə tapılıb.
Meyit üzərində zorakılıq əlamətləri görünməyib.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.
Yaşar Araz