Yasamalda avtomobil yandı, yolda sıxlıq yarandı

Yasamalda avtomobil yandı, yolda sıxlıq yarandı Hadisə

Yasamal rayonu, Bakı dairəvi yolunda nəqliyyat vasitələrindən birində yanğın baş verib.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaranıb. Hazırda polis və aidiyyəti qurumun əməkdaşları hadisə yerindədir. Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.

FHN-nin mətbuat xidmətindən isə bildirilib ki, Yasamal rayonunda yanğın baş verməsi məlumatı ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə bölməsinin əməkdaşları cəlb edilib.

Yanğın qısa müddət ərzində söndürülüb.