Yasamalda oğurluq edən dəstə ələ keçirildi

Yasamalda oğurluq edən dəstə ələ keçirildi Hadisə

Yasamal rayonu F.İbrahimbəyov küçəsində bir nəfərin 770 manat və mobil telefonunun oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinənlər O.Fətəliyev, əvvəllər məhkum olunmuşlar C.Axundov, T.Cabbarov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.