Yaşayış evində yanğın: 5 nəfər ölü, 2 yaralı - Bu ölkədə
Hadisə
Yanvarın 28 -i Rusiyanın Saka Respublikasının (Yakutiya) Nyurba rayonunda fərdi yaşayış evində yanğın baş verib.
News24.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, hadisə nəticəsində üç uşaq və iki böyük olmaqla ailənin 5 üzvü vəfat edib. Yanğın zamanı xəsarət alan ana və qızı isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.